—

Vaxtanq Qomelauri BBC-nin araşdırması ilə bağlı DTX-də ifadə verib

373
Vaxtanq Qomelauri BBC-nin araşdırması ilə bağlı DTX-də ifadə verib
Dinləmək üçün basın

Keçmiş Daxili işlər naziri Vax­tanq Gomelauri DTX-də dindirildi – səbəb BBC-nin “kamit” araşdırmasıdır

Keçmiş Daxili işlər naziri Vax­tanq Gomelauri DTX-də dindirildi – səbəb BBC-nin “kamit” araşdırmasıdır

Gürcüstanın keçmiş Daxili İşlər naziri Vax­tanq Gomelauri Dövlət Təhlükəsizliyi Xidmətində ifadə verib.

InterPress.ge xəbər verir ki,bu barədə Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib.

Bildirilir ki, Gomelauri bu gün səhər saatlarında istintaqçının suallarını cavablandırıb.

Məlumata görə, dindirmə BBC tərəfindən hazırlanmış və yayımlanmış araşdırma materialı ilə bağlı aparılan istintaq çərçivəsində həyata keçirilib. Sözügedən araşdırmada iddia olunurdu ki, 2024-cü ilin noyabr–dekabr aylarında hökumətə qarşı etiraz aksiyalarının dağıdılması üçün Birinci Dünya müharibəsi dövrünə aid “kamit” adlı kimyəvi maddədən istifadə edilib.

Reportajın dərcindən sonra Dövlət Təhlükəsizliyi Xidməti iki maddə üzrə cinayət işi açıb: vəzifə səlahiyyətlərindən sui-istifadə və xarici quruma düşmən fəaliyyətində kömək göstərmək.

İstintaq davam edir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →