—

Goridə bələdiyyə agentliyinin əməkdaşı rüşvət almaqda ittiham olunaraq saxlanılıb

382
Goridə bələdiyyə agentliyinin əməkdaşı rüşvət almaqda ittiham olunaraq saxlanılıb
Dinləmək üçün basın

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirdikləri istintaq tədbirləri nəticəsində “Gori Bələdiyyəsinin İnkişafı və Tana–Tedzmi Qoruğunun İdarəetmə Agentliyi”nin əməkdaşını rüşvət alma…

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirdikləri istintaq tədbirləri nəticəsində “Gori Bələdiyyəsinin İnkişafı və Tana–Tedzmi Qoruğunun İdarəetmə Agentliyi”nin əməkdaşını rüşvət alma faktı üzrə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Maliyyə Nazirliyinin İstintaq Xidməti yayıb.

Qurumun açıqlamasına görə, istintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rüşvət alırdı.

Bildirilib ki, həmin şəxs ona məxsus fəaliyyət zonasındakı meşə massivində icazəsiz kampinq yeri yaratmağa görə bir vətəndaşdan 1 400 ABŞ dolları məbləğində rüşvət tələb edib və alıb. O, məbləği aldığı anda saxlanılıb, pul isə maddi sübut kimi götürülüb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin birinci hissəsi üzrə aparılır. Həmin maddə 6 ildən 9 ilədək həbs cəzası nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →