—

Tbilisidə “Ərəb şəhərlərinə yox” şüarı ilə etiraz aksiyası keçirilir

516
Tbilisidə “Ərəb şəhərlərinə yox” şüarı ilə etiraz aksiyası keçirilir
Dinləmək üçün basın

Rustaveli prospektində, keçmiş “Rustaveli” kinoteatrının qarşısında yerləşən Eagle Hills şirkətinin ofisi önündə “Ərəb şəhərlərinə yox” adlı etiraz aksiyası keçirilir.

Rustaveli prospektində, keçmiş “Rustaveli” kinoteatrının qarşısında yerləşən Eagle Hills şirkətinin ofisi önündə “Ərəb şəhərlərinə yox” adlı etiraz aksiyası keçirilir.

InterPress.ge xəbər verir ki, aksiyanın təşkilatçıları “Sartuli”, “Gürcü Respublikası”, “Milli Razılıq” və “Vətəndaş Razılığı” adlı dörd birlikdir.

Aksiyanın təşkilatçılarından biri, “Gürcü Respublikası” siyasi hərəkatının lideri Levan Niqşianidzenin sözlərinə görə, etirazın əsas səbəbi ərəb şirkəti ilə imzalanmış müqavilədir.

“Bir neçə tələb ilə toplaşmışıq. İlk növbədə, üzərində məxfilik qrifi olan və kommersiya məqsədi ilə əsaslandırılan müqavilənin açıqlanmasını tələb edirik. Müqavilənin tərəfi gürcü xalqıdır və gürcü xalqı müqavilədə nə yazıldığını bilməlidir. Buna görə də tələb edirik ki, xalqın razılığı olmadan layihənin icrasına başlanılmasın.”-o bildirib.

Niqşianidze bildirib ki, etiraz paralel olaraq imza toplama prosesi ilə müşayiət olunur və qısa müddətdə bir neçə yüz imza toplanıb. Onun sözlərinə görə, imza toplama davam etdiriləcək və layihənin “gürcü xalqının iradəsi nəzərə alınmadan həyata keçirilməsinə” etiraz ediləcək.

Aksiyaya həmçinin artıq bir ilə yaxındır parlament binası qarşısında fasiləsiz etiraz edən vətəndaşlar da qoşulublar.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →