—

Koronavirusdan ölən ilk avropalı bu ölkənin vətəndaşıdır

1,203
Koronavirusdan ölən ilk avropalı bu ölkənin vətəndaşıdır
Dinləmək üçün basın

İtaliyanın Veneto vilayətində 78 yaşlı kişi koronavirusun qurbanı olub.

“Deutsche Welle” agentliyi ölkənin səhiyyə nazirliyinə istinadən xəbər verir ki, 10 gün öncə xəstəxanaya yerləşdirilən qoca bu gün vəfat edib.

İtaliyanın Səhiyyə Naziri Roberto Speranza açıqlamasında bildirib ki, Veneto ilə sərhəddə yerləşən Lombardiya vilayətində azı 14 koronavirusa yoluxma halı qeydə alınıb.

Qeyd edək ki, bu, koronavirus səbəbindən Avropa Birliyi ölkələrində yaşayan vətəndaşlar arasında ilk ölüm faktıdır. Fevralın 15-də Fransadakı ölüm faktı isə bu ölkəyə səfər edən Çin vətəndaşında qeydə alınmışdı.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Qaraçala kəndində iş adamına silahlı hücum olubİrakli Kirçxalia: Surroqatlıq tam qadağan ediləcək, “in vitro” isə sərt tənzimləmə altında qalacaqNika Qvaramia: “Utancverici və mənfur qərardır! Patriarxlıqla ‘razılaşmaq’ məqsədilə minlərlə qadını analıq imkanından məhrum edirlər!”Gürcüstanda surroqatlığın qadağan edilməsi ilə bağlı qərar qəbul edildiLaşa Parulava: “Məmuka Mdinaradzeyə 73 gün dövlət mühafizəsi adı altında nəzarət edilib, yəni onu faktiki ev dustaqlığında saxlayıblar”Son xəbərlərə bax →