—

Kaxa Kaladze BBC-nin araşdırmasını “adi cəfəngiyyat” adlandırdı

292
Kaxa Kaladze BBC-nin araşdırmasını “adi cəfəngiyyat” adlandırdı
Dinləmək üçün basın

Tbilisi meri Kaxa Kaladze BBC-nin ötən il etirazların dağıdılması zamanı Birinci Dünya müharibəsi dövrünə aid kimyəvi maddənin istifadə oluna biləcəyi barədə yayımladığı araşdırmaya sərt reaksiya verib. Kaladze…

Tbilisi meri Kaxa Kaladze BBC-nin ötən il etirazların dağıdılması zamanı Birinci Dünya müharibəsi dövrünə aid kimyəvi maddənin istifadə oluna biləcəyi barədə yayımladığı araşdırmaya sərt reaksiya verib. Kaladze jurnalistlərlə söhbətində ifadə edib ki, yayılan məlumatlar “tamamilə yalan və absurddur”.

Onun sözlərinə görə, Gürcüstana qarşı məqsədyönlü informasiya hücumu həyata keçirilir:

“Bu, adi cəfəngiyyatdır. Görürsünüz ki, ölkəmizə necə hücum gedir – nə qədər çirkli iş varsa, hamısını etməyə hazırdırlar. Məqsəd yalnız yalan məlumatların yayılmasıdır.”

Kaladze bildirib ki, belə iddialara ciddi cavab verməyin belə mənası yoxdur:

“Bilmirəm, ümumiyyətlə, bu tip cəfəngiyyata ciddi cavab verməyə dəyərmi.”

Xatırladaq ki, BBC yayımladığı araşdırmada Gürcüstan hakimiyyətinin ötən il hökumət əleyhinə etirazların dağıdılması zamanı Birinci Dünya müharibəsi dövrünə aid “kamit” adlı kimyəvi maddədən istifadə edə biləcəyinə dair sübutların olduğunu iddia etmişdi.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →