—

Kardenaxi kəndində bıçaqlanma: qəsdən adam öldürməyə cəhd edən şəxs saxlanılıb

347
Kardenaxi kəndində bıçaqlanma: qəsdən adam öldürməyə cəhd edən şəxs saxlanılıb
Dinləmək üçün basın

İstintaq nəticəsində müəyyən edilib ki, 27 noyabr tarixində Qurcaani bələdiyyəsinin Kardenax kəndində baş verən mübahisə zamanı təqsirləndirilən şəxs qarşı tərəfi öldürmək məqsədi ilə bıçaqla döş qəfəsindən yaralayıb və…

İstintaq nəticəsində müəyyən edilib ki, 27 noyabr tarixində Qurcaani bələdiyyəsinin Kardenax kəndində baş verən mübahisə zamanı təqsirləndirilən şəxs qarşı tərəfi öldürmək məqsədi ilə bıçaqla döş qəfəsindən yaralayıb və hadisə yerindən qaçıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Zərərçəkmişə operativ tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Şübhəli şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 19.108-ci maddəsi (qəsdən adam öldürməyə cəhd) ilə ittiham irəli sürülüb. Maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün artıq məhkəməyə müraciət edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →