—

Gürcüstanda külli miqdarda narkotik və psixotrop maddə gətirən şəxslər saxlanılıb

280
Gürcüstanda külli miqdarda narkotik və psixotrop maddə gətirən şəxslər saxlanılıb
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamenti və Maliyyə Nazirliyi Gömrük Departamentinin əməkdaşları külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz alınması, saxlanması və Gürcüstana…

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamenti və Maliyyə Nazirliyi Gömrük Departamentinin əməkdaşları külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz alınması, saxlanması və Gürcüstana gətirilməsi ittihamı ilə bir neçə şəxsi saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Məlumata görə, 1983-cü il təvəllüdlü N.Ç. adlı şəxs, eləcə də xarici ölkə vətəndaşları – 1983-cü il təvəllüdlü D.H. və 1985-ci ildə anadan olmuş A.S. tutulublar.

Hüquq-mühafizə orqanları bildirir ki, saxlanılan şəxslərin əl yükünə baxış zamanı Kutaisi Beynəlxalq Aeroportunda külli miqdarda narkotik vasitə və psixotrop maddə tərkibli həblər aşkar edilərək maddi sübut kimi götürülüb.

Cinayətlərin törədilməsi 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260, 261, 262 və 263-cü maddələri üzrə davam edir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →