—

Sərhəd polisinin əməkdaşı böyük miqdarda narkotiklə saxlanıldı - VİDEO

345
Sərhəd polisinin əməkdaşı böyük miqdarda narkotiklə saxlanıldı - VİDEO
Dinləmək üçün basın

Gürcüstan Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyi və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat nəticəsində 1978-ci il təvəllüdlü T.Ğ. böyük miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması…

Gürcüstan Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyi və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat nəticəsində 1978-ci il təvəllüdlü T.Ğ. böyük miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı ilə saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Nazirliyin məlumatına görə, T.Ğ. DİN-in Sərhəd Mühafizəsinin Quru Sərhədlərin Mühafizəsi Departamentinin əməkdaşıdır. İstintaq müəyyən edib ki, o, “buprenorfin” və “alfa-PVP” adlı psixoaktiv maddələri qanunsuz şəkildə əldə edib və onları idarə etdiyi avtomobildə saxlayıb.

Axtarış zamanı hüquq-mühafizə orqanları narkotik vasitələri sübut kimi müsadirə ediblər.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin ikinci bəndi üzrə aparılır. Bu maddə 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →