—

Şalva Papuaşvili: “Gürcüstanın şantajı alınmayacaq — biz geri çəkilməyəcəyik, Avropa İttifaqına üzvlüyə hazırlığı davam etdirəcəyik”

274
Şalva Papuaşvili: “Gürcüstanın şantajı alınmayacaq — biz geri çəkilməyəcəyik, Avropa İttifaqına üzvlüyə hazırlığı davam etdirəcəyik”
Dinləmək üçün basın

"Gürcüstan üzərinə edilən təzyiqlər və şantaj nəticə verməyəcək və ölkə Avropa İttifaqına üzvlük üçün hazırlığını davam etdirəcək."

"Gürcüstan üzərinə edilən təzyiqlər və şantaj nəticə verməyəcək və ölkə Avropa İttifaqına üzvlük üçün hazırlığını davam etdirəcək."

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Avropa Komissiyasının bu gün təqdim etdiyi genişlənmə hesabatına münasibət bildirərkən deyib.

Papuaşvili vurğulayıb ki, “Gürcü Arzusu” hər hansı ədalətsizliyə qarşı mübarizəni, hüquqi mübarizəni və həqiqətin müdafiəsini davam etdirəcək. O, Brüsselin bəzi dairələrinin 4 oktyabr hadisələrinə — prezidentin sarayına qarşı edilən hücuma — göstərdiyi münasibəti qınayıb və hesab edir ki, həmin dəstək Avropa dəyərlərinin geri çəkilməsinin əlamətidir.

Parlament sədri əlavə edib ki, Brüsselin bəzi aktorları Gürcüstanı “ideoloji və siyasi diktat” altına salmağa çalışır və bunun məqsədi xalqı Avropa İttifaqının inteqrasiya yolundan əl çəkməyə məcbur etməkdir: “Onların niyyəti odur ki, Gürcüstan da bəzi ölkələr kimi Brüsselin göstərişlərinə kor-koranə tabe olsun. Biz isə belə addımı qəbul etməyəcəyik.”

Papuaşvili həmçinin Avropa institularının Gürcüstana münasibətini dəyərlərin geriləməsi kimi qiymətləndirib və bildirib ki, Tbilisi yalnız Brüsselin cari bürokratik məzmundan deyil, əsl Avropa dəyərlərindən — hüquq-qaydalar, tolerantlıq, sülh və inkişaf prinsiplərindən ilhamalanan Avropa ilə inteqrasiya yolunu davam etdirəcək. O yekun olaraq bəyan edib: “Biz ədalətsizliyə qarşı mübarizəni, həqiqəti və ədalətli münasibəti tələb etməyi sona qədər davam etdirəcəyik.”

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →