—

İngiltərə və Kanada Dağlıq Qarabağdakı vəziyyətə görə çağırış etdi

943
İngiltərə və Kanada Dağlıq Qarabağdakı vəziyyətə görə çağırış etdi
Dinləmək üçün basın

İngiltərənin Xarici İşlər naziri Dominik Raab və kanadalı həmkarı Fransua-Filip Şampan Dağlıq Qarabağdakı vəziyyətdən narahatdırlar və tərəfləri hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıblar.

İngiltərənin Xarici İşlər naziri Dominik Raab və kanadalı həmkarı Fransua-Filip Şampan Dağlıq Qarabağdakı vəziyyətdən narahatdırlar və tərəfləri hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıblar.

InterPress.ge xəbər verir ki, bu barədə nazirlərin birgə açıqlamasında deyilir.

“Kanada və Böyük Britaniya Dağlıq Qarabağdakı münaqişə zonasında təmas xətti boyunca irimiqyaslı hərbi əməliyyatların baş verməsi barədə xəbərlərdən çox narahatdırlar. Yaşayış məntəqələrinin atəşə tutulması və mülki şəxslərin tələf olması barədə məlumatlar ciddi narahatlıq doğurur. Hərbi əməliyyatların dərhal dayandırılmasına, atəşkəs rejiminə əməl olunmasına və mülki əhalinin müdafiəsinə çağırırıq”, - deyə Böyük Britaniya hökumətinin internet saytındakı press-relizdə bildirilir.

Həmçinin D.Raab və F.Şampan münaqişənin istənilən həll yolunu “zorakılıq olmadan”, tərəfləri münaqişəni “ATƏT-in Minsk prosesi çərçivəsində sülh yolu ilə razılaşdırılmış qaydada etməyə” çağırıblar.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →