—

Türkiyədə güclü zəlzələ baş verib

1,823
Türkiyədə güclü zəlzələ baş verib
Dinləmək üçün basın

Türkiyənin qərbində yerləşən Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ nəticəsində dörd bina uçub .

Türkiyənin qərbində yerləşən Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ nəticəsində dörd bina uçub.

InterPress.ge xəbər verir ki, məlumatı Türkiyənin daxili işlər naziri Əli Yerlikaya açıqlayıb.

Ölkənin səhiyyə naziri Kemal Memişoğlu sosial şəbəkə X-də, zəlzələ zamanı 16 nəfərin xəsarət aldığını qeyd edib.

Xatırladaq ki, Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) verdiyi məlumata əsasən, zəlzələ bazar ertəsi günü yerli vaxtla saat 23:00 radələrində baş verib. Yeraltı təkanlar İstanbulda və bir neçə qonşu vilayətdə də hiss olunub.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →