—

İki əcnəbi narkotik maddələrin dövriyyəsinə görə saxlanılıb

422
İki əcnəbi narkotik maddələrin dövriyyəsinə görə saxlanılıb
Dinləmək üçün basın

Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin əməkdaşları müxtəlif vaxtlarda həyata keçirdikləri əməliyyat və istintaq tədbirləri nəticəsində xüsusilə böyük miqdarda narkotik maddələrin qanunsuz…

Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin əməkdaşları müxtəlif vaxtlarda həyata keçirdikləri əməliyyat və istintaq tədbirləri nəticəsində xüsusilə böyük miqdarda narkotik maddələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışına yardım etməkdə təqsirləndirilən iki əcnəbini – 2007-ci il təvəllüdlü A.B. və 1999-cu il təvəllüdlü A.S.-ni saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Nazirliyin açıqlamasına əsasən, sözügedən cinayətlərə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

“Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri zamanı təqsirləndirilən şəxslərin üzərindən və müxtəlif yerlərdən satış üçün hazırlanmış, xüsusilə böyük miqdarda narkotik maddələr – ‘mefedron’, ‘metadon’ və ‘alfa-PVP’ götürülüb. Bundan əlavə, polisin apardığı axtarış zamanı təqsirləndirilənlərdən birinin evindən narkotik maddələrin qablaşdırılması üçün nəzərdə tutulan ləvazimatlar da aşkar edilərək müsadirə olunub,” – deyə DİN-in məlumatında bildirilir.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı və 260⁴-cü maddələri ilə davam etdirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →