—

Nikol Paşinyan: “Ermənistan Türkiyə ilə Naxçıvan və Azərbaycan arasında dəmir yolu tranzitinə hazırdır”

352
Nikol Paşinyan: “Ermənistan Türkiyə ilə Naxçıvan və Azərbaycan arasında dəmir yolu tranzitinə hazırdır”
Dinləmək üçün basın

Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən “İpək Yolu Forumu”nda çıxış edərək bəyan edib ki, Ermənistan siyasi baxımdan Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasında, həmçinin Türkiyə ilə…

Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən “İpək Yolu Forumu”nda çıxış edərək bəyan edib ki, Ermənistan siyasi baxımdan Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasında, həmçinin Türkiyə ilə Azərbaycanın əsas hissəsi arasında dəmir yolu tranzitini təmin etməyə hazırdır.

Paşinyanın sözlərinə görə, dəmir yolu xətlərinin bərpası və yenidənqurulması üçün müəyyən texniki işlər tələb olunur, lakin bu problemlərin 2–3 il ərzində həlli mümkündür.

“Yaxın gələcəkdə Ermənistan ərazisindən keçən boru kəmərləri və Ermənistan–Azərbaycan–Türkiyə enerji ötürmə xətləri fəaliyyət göstərəcək. Bundan əlavə, dəmir yolu və avtomobil əlaqələri də bərpa ediləcək. Bütün bunlar TRIPP – Beynəlxalq Sülh və Rifah Marşrutu proqramı çərçivəsində nəzərdən keçirilir. Hazırda biz Türkiyə və Azərbaycanla müvafiq danışıqlar aparırıq, həmçinin ABŞ-la bu razılaşmaların həyata keçirilməsi istiqamətində əməkdaşlıq edirik,” – deyə Paşinyan qeyd edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →