—

Gürcüstandan 14 ölkənin 30 vətəndaşı deportasiya edilib

399
Gürcüstandan 14 ölkənin 30 vətəndaşı deportasiya edilib
Dinləmək üçün basın

Miqrasiya Departamenti ölkə ərazisindən 30 xarici vətəndaşı deportasiya edib. Onların arasında Hindistan, İran, Türkiyə, Pakistan, İraq, Misir, Livan, Mərakeş, Filippin, İordaniya, Banqladeş, Kanada, Kot-d’İvuar və…

Miqrasiya Departamenti ölkə ərazisindən 30 xarici vətəndaşı deportasiya edib. Onların arasında Hindistan, İran, Türkiyə, Pakistan, İraq, Misir, Livan, Mərakeş, Filippin, İordaniya, Banqladeş, Kanada, Kot-d’İvuar və Rumıniya vətəndaşları var. Deportasiya olunan şəxslərə Gürcüstana daxil olmaq qadağan edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib. 

Nazirliyin bəyanatında qeyd olunur ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkə daxilində qanunsuz miqrasiyaya qarşı mübarizə aparan məsul qurumdur.

“Miqrasiya Departamentinin əsas səlahiyyətlərindən biri Gürcüstan ərazisində qanuni əsas olmadan yaşayan xarici vətəndaşların müəyyən edilməsi və onların ölkədən çıxarılmasının təmin edilməsidir,” – deyə nazirliyin məlumatında bildirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →