—

Daxili İşlər Nazirliyi İrakli Şaişmelaşvili barəsində cinayət təqibinə başlayıb

437
Daxili İşlər Nazirliyi İrakli Şaişmelaşvili barəsində cinayət təqibinə başlayıb
Dinləmək üçün basın

Gürcüstan Daxili İşlər Nazirliyi 4 oktyabr hadisələri ilə əlaqədar Xüsusi Tapşırıqlar Departamentinin Operativ Planlaşdırma İdarəsinin keçmiş rəisi İrakli Şaişmelaşvili barəsində cinayət təqibinə başlayıb. Bu barədə…

Gürcüstan Daxili İşlər Nazirliyi 4 oktyabr hadisələri ilə əlaqədar Xüsusi Tapşırıqlar Departamentinin Operativ Planlaşdırma İdarəsinin keçmiş rəisi İrakli Şaişmelaşvili barəsində cinayət təqibinə başlayıb. Bu barədə məlumatı daxili işlər naziri Gela Geladze nazirlikdə keçirilən brifinqdə açıqlayıb.

Nazirin sözlərinə görə, Şaişmelaşviliyə Gürcüstanın konstitusiya quruluşunun zorakı yolla dəyişdirilməsinə və dövlət hakimiyyətinin devrilməsinə çağırış ittihamı irəli sürülüb.

“Xaricdə olan iki şəxs barəsində cinayət təqibi başlanılıb, onlardan biri İrakli Şaişmelaşvilidir. O, konstitusiya quruluşunun zorakı yolla dəyişdirilməsinə və dövlət hakimiyyətinin devrilməsinə çağırışda ittiham olunur,” – deyə Gela Geladze bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →