—

Tbilisiyə səfər edən ATƏT-in sədri, Finlandiyanın xarici işlər naziri 5 000 lari cərimələnib

410
Tbilisiyə səfər edən ATƏT-in sədri, Finlandiyanın xarici işlər naziri 5 000 lari cərimələnib
Dinləmək üçün basın

ATƏT-in sədri və Finlandiyanın xarici işlər naziri Elina Valtonen Gürcüstanın paytaxtı Tbilisidə Rustaveli prospektinin qanunsuz bağlanmasına görə 5 000 lari məbləğində cərimələnib. Bu məlumatı Gürcüstan Daxili İşlər…

ATƏT-in sədri və Finlandiyanın xarici işlər naziri Elina Valtonen Gürcüstanın paytaxtı Tbilisidə Rustaveli prospektinin qanunsuz bağlanmasına görə 5 000 lari məbləğində cərimələnib. Bu məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) rəsmi şəkildə təsdiqləyib.

Xarici nazir 14 oktyabrda Gürcüstan Parlamentinin qarşısında keçirilən etiraz aksiyasına qatılmışdı. Elina Valtonen həmin gün Rustaveli prospektindən canlı video-müraciət də paylaşmışdı.

Hadisədən sonra Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) ATƏT sədrinin davranışına narahatlıqla reaksiya verib və ATƏT katibliyinə, həmçinin iştirakçı dövlətlərə etiraz notası göndərib.

Nazirliyin açıqlamasına görə, Valtonen rəsmi proqramdan kənar olaraq Gürcüstanda keçirilən səfəri zamanı antihökumət yönümlü kiçik qrupun aksiyasına qoşulub və Gürcüstandakı vəziyyəti beynəlxalq ictimaiyyətin gözündə təhrif etməyə yönəlmiş bəyanat yayıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →