—

Həmkəndlisini yaralayan şəxs saxlanılıb

320
Həmkəndlisini yaralayan şəxs saxlanılıb
Dinləmək üçün basın

Mçxeta-Mtianeti Polis Departamentinin Duşeti rayon bölməsinin əməkdaşları keçirdikləri operativ tədbirlər nəticəsində qəsdən adam öldürməyə cəhd ittihamı ilə 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş G.S.- ni “isti…

Mçxeta-Mtianeti Polis Departamentinin Duşeti rayon bölməsinin əməkdaşları keçirdikləri operativ tədbirlər nəticəsində qəsdən adam öldürməyə cəhd ittihamı ilə 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş G.S.- ni “isti izlərlə” saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına əsasən, cinayət 15 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.

İstintaq müəyyən edib ki, G.S. kənd sakini, 2004-cü il təvəllüdlü M.X.-lə mübahisə zəminində münaqişə yaşayıb və ona soyuq silahla bir neçə bıçaq zərbəsi vurub. Daha sonra hadisə yerindən qaçıb. Yaralı gənc xəstəxanaya yerləşdirilib.

Polis cinayət aləti olan bıçağı maddi sübut kimi götürüb. Faktla bağlı Gürcüstan CM-nin 19-108-ci maddəsi üzrə istintaq aparılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →