—

Mixeil Saakaşvili: “Gürcüstanda inqilab qaçılmazdır”

543
Mixeil Saakaşvili: “Gürcüstanda inqilab qaçılmazdır”
Dinləmək üçün basın

Ölkədə inqilab artıq qaçılmazdır, lakin bu dəfə proses partiyaların deyil, yeni nəslin – “Gen Z”-nin ətrafında formalaşacaq.

Ölkədə inqilab artıq qaçılmazdır, lakin bu dəfə proses partiyaların deyil, yeni nəslin – “Gen Z”-nin ətrafında formalaşacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə paylaşım edərək bildirib.

Saakaşvilinin sözlərinə görə, bəzi partiyalar hakimiyyətə loyal “müxalifət” kimi qalmağa çalışır və əsas mübarizəni aparan siyasi qüvvələri kənara itələmək istəyir. Onun fikrincə, bu qüvvələr bütün ümidlərini etirazların uğursuzluğuna və rəqib partiyaların diskreditə olunmasına bağlayıblar, bu isə əslində “rus rejiminin” qorunub saxlanmasına xidmət edir.

“Gürcüstanda inqilab qaçılmazdır, amma 2003-cü ildən fərqli olaraq, bu, partiyaların inqilabı olmayacaq. Müasir dövrdə bütün uğurlu inqilabları – Nepalda, Madaqaskarda, eləcə də hazırkı Serbiya etirazlarını – məhz ‘Gen Z’ həyata keçirib. Gürcüstanda da etirazların əsas nüvəsi gənc nəsildir və bu stixiya heç vaxt bəzi siyasətçilərin intriqalarına və dar maraqlarına tabe olmayacaq”, – deyə Saakaşvili vurğulayıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →