—

25 ton yanacağın oğurluğuna görə üç nəfər saxlanılıb

401
25 ton yanacağın oğurluğuna görə üç nəfər saxlanılıb
Dinləmək üçün basın

Sameqrelo-Yuxarı Svaneti Polis Departamentinin Poti şəhər idarəsinin əməkdaşları böyük miqdarda oğurluq ittihamı ilə üç nəfəri saxlayıblar.

Sameqrelo-Yuxarı Svaneti Polis Departamentinin Poti şəhər idarəsinin əməkdaşları böyük miqdarda oğurluq ittihamı ilə üç nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, onların əvvəllər dəfələrlə müxtəlif cinayətlərə görə məhkumluqları olub.

İstintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxslər müxtəlif vaxtlarda Poti şəhərində yerləşən yanacaqdoldurma məntəqəsində çalışıblar və qrup halında, qanunsuz mənimsəmə məqsədilə, gizli yolla 47 496 lari dəyərində, təxminən 25 ton yanacağı ələ keçiriblər.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində cinayətdə iştirak edən hər üç şəxsin kimliyi müəyyən edilib və onlar – 1975-ci il təvəllüdlü D.K., 1986-cı il təvəllüdlü S.Ç. və 1997-ci il təvəllüdlü C.P. – təqsirləndirilən şəxs qismində saxlanılıblar.

Onlara Cinayət Məcəlləsinin 177-ci maddəsinin 3-cü hissəsinin “a” bəndi və 4-cü hissəsinin “b” bəndi ilə ittiham irəli sürülüb. Bu maddələr 10 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →