—

İrakli Kobaxidze: Hər kəs görməlidir ki, korrupsiya cinayətləri cəzasız qala bilməz

440
İrakli Kobaxidze: Hər kəs görməlidir ki, korrupsiya cinayətləri cəzasız qala bilməz
Dinləmək üçün basın

"Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəhbəri cənab Mamuka Mdinaradzenin necə enerjili və səmərəli işə başladığını görürsünüz. Bir sıra korrupsiya faktları aşkarlanıb, araşdırmalara başlanılıb, müvafiq tədbirlər…

"Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəhbəri cənab Mamuka Mdinaradzenin necə enerjili və səmərəli işə başladığını görürsünüz. Bir sıra korrupsiya faktları aşkarlanıb, araşdırmalara başlanılıb, müvafiq tədbirlər görülüb və bu istiqamətdə işlər davam etdiriləcək".

InterPress.ge xəbər verir ki, Baş nazir İrakli Kobaxidze bunu jurnalistlərin Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyəti ilə bağlı sualına cavabında deyib.

Onun sözlərinə görə, hər kəs görməlidir ki, korrupsiya cinayətləri cəzasız qala bilməz.

"Bütün bunlar qabaqlayıcı təsir göstərməlidir, hamı görməlidir ki, korrupsiya cinayətləri cəzasız qala bilməz, lakin, eyni zamanda, biz gələcəkdə hər hansı bu kimi halların qarşısını maksimum dərəcədə səmərəli şəkildə aradan qaldırmaq üçün bütün dövlət strukturlarının fəaliyyətini mümkün qədər təkmilləşdirmək üçün konkret tədbirlər görürük", - hökumət başçısı bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →