—

Azyaşlını zorlayan şəxs saxlanılıb

462
 Azyaşlını zorlayan şəxs saxlanılıb
Dinləmək üçün basın

Tbilisi Polis Departamentinin Yetkinlik yaşına çatmayanların işləri üzrə Baş İdarəsinin əməkdaşları həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1997-ci il təvəllüdlü N.Ç. 13 yaşlı yeniyetməni…

Tbilisi Polis Departamentinin Yetkinlik yaşına çatmayanların işləri üzrə Baş İdarəsinin əməkdaşları həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1997-ci il təvəllüdlü N.Ç. 13 yaşlı yeniyetməni zorlamada təqsirləndirilərək saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs 2012-ci il təvəllüdlü yeniyetmə ilə cinsi əlaqədə olub və bu görüntüləri eyni vaxtda öz sosial şəbəkə hesabında yayımlayıb.

DİN-in məlumatına görə, N.Ç. hüquq-mühafizə orqanları tərəfindən dərhal saxlanılıb. Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 137-ci maddəsinin 4-cü bəndi ilə istintaq aparılır.

Cinayət sübuta yetirildiyi halda, ona 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →