—

İki nəfər ağır bədən xəsarəti yetirmə və cinayəti xəbər verməmə ittihamı ilə saxlanılıb

373
İki nəfər ağır bədən xəsarəti yetirmə və cinayəti xəbər verməmə ittihamı ilə saxlanılıb
Dinləmək üçün basın

İstintaqla müəyyən edilib ki, Tbilisidəki skverlərdən birində müttəhimlərlə bir nəfər arasında sözlü mübahisə yaranıb, bu isə fiziki qarşıdurmaya çevrilib. Nəticədə, müttəhimlərdən biri soyuq silahdan istifadə edərək…

İstintaqla müəyyən edilib ki, Tbilisidəki skverlərdən birində müttəhimlərlə bir nəfər arasında sözlü mübahisə yaranıb, bu isə fiziki qarşıdurmaya çevrilib. Nəticədə, müttəhimlərdən biri soyuq silahdan istifadə edərək qarşı tərəfin döş qəfəsinə və böyrək nahiyəsinə xəsarətlər yetirib və hadisə yerindən qaçıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına əsasən, Tbilisi Polis Departamentinin Didube-Çuxureti baş idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 1992-ci il təvəllüdlü S.Ç. və 1995-ci il təvəllüdlü V.Ç. isti izlərlə saxlanılıb.

S.Ç.-yə qəsdən sağlamlığa ağır zərər vurma, V.Ç.-yə isə cinayəti xəbər verməmə ittihamı irəli sürülüb. Bu cinayətlərə görə 7 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Xəsarət alan, 1977-ci il təvəllüdlü P.Q. xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində S.Ç. və V.Ç. Saxaşeridə saxlanılıb.

Polis cinayətin törədilməsində istifadə olunan bıçağı maddi sübut kimi götürüb. Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 117-ci və 376-cı maddələri ilə davam etdirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →