—

Aİ Rusiyaya qarşı 19-cu sanksiya paketini sabah müzakirə edəcək

398
Aİ Rusiyaya qarşı 19-cu sanksiya paketini sabah müzakirə edəcək
Dinləmək üçün basın

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri bu həftə Rusiyaya qarşı 19-cu sanksiya paketinin müzakirəsinə başlayacaqlar.

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri bu həftə Rusiyaya qarşı 19-cu sanksiya paketinin müzakirəsinə başlayacaqlar.

InterPress.ge xəbər verir ki, bu barədə "EUObserver" portalı məlumat yayıb.

Müzakirələr sentyabrın 26-da Brüsseldə aparılacaq.

Avropa Komissiyası (AK) 19-cu paket çərçivəsində Rusiya, Hindistan və Çin müəssisələri üçün ixraca nəzarətin sərtləşdirilməsini, həmçinin bir sıra kimyəvi maddə, filiz, metal və duz ixracına qadağa qoyulmasını təklif edəcək.

Bundan başqa, AK Çin də daxil olmaqla üçüncü ölkələrin şirkətlərinə qarşı guya Rusiyanın hərbi-sənaye kompleksinə kömək etdikləri üçün sanksiyalar tətbiq etməyi və xaricdə Rusiyanın "Mir" ödəniş sisteminə qarşı bir sıra məhdudlaşdırıcı tədbirlər görməyi planlaşdırır.

AK həmçinin Rusiyanın "Rosneft" və "Qazprom neft" şirkətlərinin iştirakı ilə bütün əməliyyatların tam qadağan edilməsini, eləcə də RF və digər ölkələrin bir sıra banklarına qarşı məhdudiyyətlərin sərtləşdirilməsini təklif edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →