—

İrakli Kobaxidze: “Namizəd ölkələr arasında liderliyimiz mübahisəsizdir”

292
İrakli Kobaxidze: “Namizəd ölkələr arasında liderliyimiz mübahisəsizdir”
Dinləmək üçün basın

Namizəd ölkələr arasında Gürcüstanın lider mövqeyi heç bir şübhə doğurmur və bunu bütün faktlar və obyektiv reytinqlər təsdiqləyir.

Namizəd ölkələr arasında Gürcüstanın lider mövqeyi heç bir şübhə doğurmur və bunu bütün faktlar və obyektiv reytinqlər təsdiqləyir.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Hökumət başçısı hökumətlərin fəaliyyətinin qlobal qiymətləndirilməsi indeksinə münasibət bildirərkən qeyd edib ki, Gürcüstan reytinqlərdə yalnız namizəd ölkələri deyil, Avropa İttifaqının bir sıra üzv dövlətlərini də qabaqlayır.

“Əgər Gürcüstanı namizəd ölkələrlə müqayisə etsək, bütün istiqamətlərdə biz mütləq liderik və təkcə namizəd ölkələr arasında deyil. Bütün parametrlərə, indekslərə və reytinqlərə görə Avropa İttifaqının bir sıra ölkələrini də qabaqlayırıq. Bu, ölkəmizdə mövcud olan ümumi vəziyyəti – həm demokratik, həm də iqtisadi baxımdan – əks etdirir. Bütün istiqamətlərdə Gürcüstan qabaqcıl ölkədir, liderdir. Namizəd ölkələr arasında liderliyimiz mübahisəsizdir. Bunu bütün faktlar və obyektiv reytinqlər sübut edir”, – deyə İrakli Kobaxidze vurğulayıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →