—

Tbilisinin Lotkin qəsəbəsində partlayış olub

366
Tbilisinin Lotkin qəsəbəsində partlayış olub
Dinləmək üçün basın

Tbilisinin Lotkin qəsəbəsində partlayış baş verib.

InterPress.ge xəbər verir ki, ilkin məlumata görə, hadisəyə qaz sızması səbəb olub.

Partlayışla bağlı məlumat və fotoları sakinlər sosial şəbəkələrdə paylaşıblar. Fövqəladə Hallar Xidmətinin məlumatına görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, faktla bağlı istintaq iki maddə ilə aparılır — Gürcüstan CM-nin 240 və 240¹-ci maddələri ilə, hansı ki, dağ-mədən, tikinti və digər işlərin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulmasını, həmçinin istismar qaydalarının pozulması nəticəsində iki və ya daha çox şəxsin ölümünü nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →