—

Aleksandre Kartozia Gürcüstanın Almaniyadakı səfiri təyin edilib

216
Aleksandre Kartozia Gürcüstanın Almaniyadakı səfiri təyin edilib
Dinləmək üçün basın

Aleksandre Kartozia Almaniya Federativ Respublikasında Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

Aleksandre Kartozia Almaniya Federativ Respublikasında Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilir ki, Kartozia dövlət strukturlarında zəngin təcrübəyə malikdir. Müxtəlif illərdə o, təhsil naziri, həmçinin Gürcüstan Parlamentinin Milli Kitabxanasının direktoru olub.

O, Gürcüstan Dövlət Universitetində mühüm akademik vəzifələr tutub, Berlində, Frankfurtda və Bremendə aparıcı universitetlərdə tədqiqatçı kimi çalışıb və mühazirə kursları aparıb.

Elm adamı və tərcüməçi kimi Aleksandre Kartozia alman-gürcü mədəni əlaqələrinin dərinləşməsinə əhəmiyyətli töhfə verib. 2022-ci ildə isə o, Almaniya Federativ Respublikasının “Xidmətlərə görə xaçı” ordeni ilə təltif olunub.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →