—

Avropa dövlətləri Fələstinin müstəqilliyini tanıyıblar

342
Avropa dövlətləri Fələstinin müstəqilliyini tanıyıblar
Dinləmək üçün basın

Belçika Krallığı Fələstinin müstəqilliyini tanıyıb.

Belçika Krallığı Fələstinin müstəqilliyini tanıyıb.

InterPresa.ge xəbər verir ki, bu barədə Krallığın Baş naziri Bart de Vever BMT Baş Assambleyasının sessiyası çərçivəsində bildirib.

"Belçika həmişə iki dövlətli həll yolunu müdafiə edib və bu gün Nyu-York Bəyannaməsini imzalayanlara qoşulub. Yalnız belə bir həll İsrail və Fələstin xalqlarına sülh və təhlükəsizlik şəraitində yan-yana yaşamağa imkan verəcək. Baş nazir Benyamin Netanyahu da daxil olmaqla İsrail siyasətçilərinin Fələstin Dövlətinin olmayacağı ilə bağlı son açıqlamaları bu məsələdə fələstinliləri dəstəkləmək üçün əlavə səbəblərdir. Ona görə də Belçika bu gün BMT Baş Assambleyasının sessiyası çərçivəsində Fələstin Dövlətini tanıdığını elan edən ölkələr qrupuna qoşulmaqla dünyaya güclü siyasi siqnal göndərir", - Baş nazir qeyd edib.

Belçika ilə yanaşı, Lüksemburq, Malta, Andorra və Monako da Fələstini rəsmi olaraq tanıdıqlarını elan ediblər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →