Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli tədbirdə iştirak edib.
InterPress.ge xəbər verir ki, tədbir çərçivəsində dövlət və hökumət başçılarına BMT-nin Baş katibi Antoniu Quterreş və BMT-nin Baş Assambleyasının 80-ci sessiyasının sədri Analena Berbok müraciət ediblər.
Tədbirdə BMT-nin missiyası və fəaliyyətindən, həmçinin son səkkiz onillikdə əldə olunan nailiyyətlərdən danışılıb.
BMT-nin yaradılmasının 80 illiyinə həsr olunmuş tədbirə Gürcüstan prezidenti ilə birlikdə xarici işlər naziri Maka Boçorişvili, BMT yanında Gürcüstanın daimi nümayəndəsi Davit Bakradze, Gürcüstanın ABŞ-dakı səfiri Tamar Talişvili və prezident administrasiyasının rəhbəri Ketevan Kviniqadze qatılıb.
