—

Kaladze: QHT-lərlə inqilabların təşkili sxemi deşifrə olunub, indi universitetlərdən istifadə edilir

271
Kaladze: QHT-lərlə inqilabların təşkili sxemi deşifrə olunub, indi universitetlərdən istifadə edilir
Dinləmək üçün basın

Qeyri-hökumət təşkilatları (QHT) vasitəsilə "inqilab ssenariləri"nin qurulması artıq ifşa olunub, indi isə ali təhsil müəssisələri üzərindən vəsaitlərin gətirilməsi prosesi başlayıb.

Qeyri-hökumət təşkilatları (QHT) vasitəsilə "inqilab ssenariləri"nin qurulması artıq ifşa olunub, indi isə ali təhsil müəssisələri üzərindən vəsaitlərin gətirilməsi prosesi başlayıb.

InterPress.ge xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze Gürcüstanda keçirilən etiraz aksiyalarının maliyyələşdirilməsi ilə bağlı danışarkən bildirib.

Kaladze qeyd edib ki, "Imedi" telekanalında Gürcüstan Universiteti və Birgə İnvestisiya Fondunun keçmiş rəhbəri Giorgi Baçiaşvilinin etiraz aksiyalarını maliyyələşdirməsi barədə yayılan məlumat onun üçün yeni deyil:

"Bu, əvvəldən axıra qədər onun siyasi proseslərdə iştirak etdiyini bir daha təsdiqləyir. QHT-lər vasitəsilə inqilabların təşkili və cəmiyyəti parçalamaq sxemi artıq üzə çıxıb. İndi isə universitetlər vasitəsilə vəsaitlərin gətirildiyi görünür. Lakin hər şeyə qanun çərçivəsində cavab veriləcək".

Paytaxt meri əlavə edib ki, müxalifətin oktyabrın 4-də hökumətin dinc yolla devrilməsi planı reallaşmayacaq.

"Oktyabrın 4-də heç nə baş verməyəcək. Yeganə hadisə bizim – "Gürcü arzusu – Demokratik Gürcüstan" partiyasının qələbəsini qeyd etməyimiz olacaq. Bu, həm ölkəmizin, həm də xalqımızın qələbəsi olacaq", – o bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →