—

İki nəfər külli miqdarda narkotiklə saxlanıldı

372
 İki nəfər külli miqdarda narkotiklə saxlanıldı
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1992-ci il təvəllüdlü L.Q. və 2001-ci il təvəllüdlü Türkiyə vətəndaşı İ.O.-nu…

Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1992-ci il təvəllüdlü L.Q. və 2001-ci il təvəllüdlü Türkiyə vətəndaşı İ.O.-nu xüsusilə böyük miqdarda narkotik vasitələrin qanunsuz alınması-saxlanması, qanunsuz dövriyyəyə yardım və narkotik tərkibli bitkilərin qanunsuz əkilib-becərilməsi ittihamı ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlət Nazirliyi məlumat yayıb.

DİN-in məlumatına görə, cinayətlərə görə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə nəzərdə tutulur.

“Aparılan axtarış tədbirləri zamanı saxlanılan şəxslərin üzərindən, yaşayış evlərindən və digər yerlərdən satışa hazır vəziyyətdə müxtəlif növ narkotik vasitələr – ‘MDMA’, ‘alfa-PVP’, ‘metadon’, qurudulmuş ‘marixuana’ və ‘kannabis bitkisi’ götürülüb. Həmçinin, narkotik vasitələrin qablaşdırılması üçün nəzərdə tutulmuş materiallar da aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 260-cı, 260-cı1 və 265-1-ci maddələri üzrə istintaq aparılır”, – deyə DİN-in məlumatında bildirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →