—

Potidə yağan yağış küçələri və evləri su altında qoyub

293
Potidə yağan yağış küçələri və evləri su altında qoyub
Dinləmək üçün basın

Fotidə güclü və uzunmüddətli yağış nəticəsində şəhərin bir neçə məhəlləsi su altında qalıb.

Fotidə güclü və uzunmüddətli yağış nəticəsində şəhərin bir neçə məhəlləsi su altında qalıb.

InterPress.ge xəbər verir ki,küçələrə və həyətlərə, həmçinin yaşayış evlərinin birinci mərtəbələrinə suyun dolması səbəbindən həm piyadaların, həm də minik avtomobillərinin hərəkəti çətinləşib.

Yerli sakinlərin sözlərinə görə, su məişət əşyalarına ciddi ziyan vurub. Şəhərdəki bir gül mağazasında isə demək olar ki, bütün bitkilər məhv olub. Foti sakinləri bildirirlər ki, bu qədər intensiv və uzunmüddətli yağışı çoxdan xatırlamırlar.

Güclü yağıntı səbəbindən yağış sularını axıdacaq kanallar suyun ötürülməsində çətinlik çəkir.

Foti Bələdiyyəsindən verilən məlumata görə, bütün aidiyyəti qurumlar səfərbər olunub. Hazırda zərərçəkmiş ailələrin qeydiyyatı aparılır ki, imkan daxilində onlara yardım göstərilsin.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →