—

Marneulidə azyaşlını döyən şəxs saxlanıldı

1,226
Marneulidə azyaşlını döyən şəxs saxlanıldı
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 1998-ci il təvəllüdlü M.G.-ni…

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində 1998-ci il təvəllüdlü M.G.-ni yetkinlik yaşına çatmayan şəxsə qarşı zorakılıq törətməkdə təqsirləndirilərək saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib. 

İstintaqla müəyyən olunub ki, M.G. Marneulidə yerləşən şirniyyat mağazasında yaranmış mübahisə zəminində mağazanın işçisinə fiziki xəsarət yetirib və hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanları onu qısa müddətdə saxlayıblar.

Faktla bağlı Gürcüstan CM-in 126-cı prima maddəsinin birinci hissəsinin “a” bəndi ilə – yetkinlik yaşına çatmayan şəxsə qarşı zorakılıq ittihamı üzrə istintaq aparılır. Təqsirləndirilən şəxsi 2 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →