—

2019-cu ildə baş vermiş qəsdən adamöldürmə cəhdinə görə axtarışda olan şəxs tutuldu

268
2019-cu ildə baş vermiş qəsdən adamöldürmə cəhdinə görə axtarışda olan şəxs tutuldu
Dinləmək üçün basın

Mərkəzi Kriminal Polis Departamentinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş idarəsinin əməkdaşları həyata keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində 2021-ci ildən axtarışda olan, əvvəllər məhkum olunmuş…

Mərkəzi Kriminal Polis Departamentinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş idarəsinin əməkdaşları həyata keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində 2021-ci ildən axtarışda olan, əvvəllər məhkum olunmuş, 1992-ci il təvəllüdlü D.M.-i saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib.

Nazirliyin bildirdiyinə görə, hadisə 2019-cu ildə baş verib.

Məlumata əsasən, 2019-cu il aprelin 26-da Tbilisidə D.M. 1993-cü il təvəllüdlü M.T.-yə bıçaqla sinə nahiyəsindən xəsarət yetirib və hadisə yerindən qaçaraq gizlənib.

Apellyasiya Məhkəməsinin qərarı ilə D.M.-ə qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Saxlanılan şəxs artıq penitensiar müəssisəyə köçürülüb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →