—

Gürcüstan Azərbaycana və daha 6 ölkəyə "tarixi borcu"nu ödəyib

431
Gürcüstan Azərbaycana və daha 6 ölkəyə "tarixi borcu"nu ödəyib
Dinləmək üçün basın

Gürcüstan 7 ölkəyə, o cümlədən Azərbaycana "tarixi borcu"n ödənilməsini başa çatdırıb.

Gürcüstan 7 ölkəyə, o cümlədən Azərbaycana "tarixi borcu"n ödənilməsini başa çatdırıb.

InterPress.ge bu barədə Gürcüstanın Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Gürcüstan bu ay xarici borcun qalıqlarını tam ödəyib.

Azərbaycandan əlavə, Rusiya, Türkiyə, Qazaxıstan, Ermənistan, İran və Niderlanda olan borclar da ödənilib.

Bütün borclar Gürcüstanın müstəqillik qazandığı ilk illərdə yaranmış xarici öhdəliklərə aiddir.

Ödənişlər 1999-cu ilə qədər götürülmüş 160 milyon dollar məbləğində borcları, 1999-cu ildən 2004-cü ilin mayına qədər olan dövrdə yığılmış öhdəliklər üzrə faizləri, həmçinin əvvəlcədən təsdiqlənmiş qrafikə uyğun olaraq 2004-2006-cı illərdə ödənilməli olan borcları əhatə edib.

Ümumi ödəniş məbləği 225 milyon ABŞ dollarnı keçib.

2025-ci il 31 avqust tarixinə Gürcüstanın ümumi xarici dövlət borcu 9,1 milyard ABŞ dolları təşkil edir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →