—

Kobaxidze: Avropa səfirlərinin özlərini "nifrət səfiri" kimi təqdim etmələri qəbuledilməzdir

233
Kobaxidze: Avropa səfirlərinin özlərini "nifrət səfiri" kimi təqdim etmələri qəbuledilməzdir
Dinləmək üçün basın

Bəzi Avropa ölkələrinin səfirləri özlərini gürcü cəmiyyətinə qarşı "nifrət səfiri" kimi təqdim edirlər və bu, qəbuledilməzdir.

Bəzi Avropa ölkələrinin səfirləri özlərini gürcü cəmiyyətinə qarşı "nifrət səfiri" kimi təqdim edirlər və bu, qəbuledilməzdir.

InterPress.ge xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze deyib.

Baş nazir jurnalistlərə açıqlamasında bildirib ki, bu proses dayandırılmalıdır.

"Avropa bürokratiyasının və səfirlərin niyə belə davrandığını bilmirəm, amma fakt budur ki, onlar əslində uzun illərdir deyilənləri təsdiqləyirlər", – Kobaxidze vurğulayıb.

Onun sözlərinə görə, hazırda gürcü cəmiyyətində Avropa bürokratiyası radikalizm, zorakılıq və demokratiyaya etinasızlıqla assosiasiya olunur:

"Bütün bu yanlış yanaşmalar Avropa İttifaqının imicinə Gürcüstanda ciddi zərər vurur. Təəssüf ki, bir çox səfir bu reallığı möhkəmləndirir. Bu prosesin qarşısı həm Avropa bürokratiyası, həm də Avropa İttifaqı tərəfindən alınmalıdır".

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →