—

Tbilisi Hava Limanında 19 kiloqramdan çox narkotik ələ keçirilib

301
Tbilisi Hava Limanında 19 kiloqramdan çox narkotik ələ keçirilib
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamenti və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamenti birgə əməliyyat keçirib. Nəticədə, 1988-ci il təvəllüdlü xarici ölkə vətəndaşı İ.S. narkotik…

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamenti və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamenti birgə əməliyyat keçirib. Nəticədə, 1988-ci il təvəllüdlü xarici ölkə vətəndaşı İ.S. narkotik cinayətinə görə saxlanılıb.

InterPress.ge xəbər verir ki,rəsmi məlumata görə, saxlanılan şəxsə qarşı xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanılması, həmçinin eyni miqdarda narkotikin Gürcüstana qanunsuz gətirilməsi ittihamı irəli sürülüb.

Tbilisi Beynəlxalq Hava Limanında keçirilən yoxlama zamanı onun baqajından 34 bağlamada qablaşdırılmış, ümumilikdə 19 kiloqram 400 qram marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsinin “a” bəndi və 262-ci maddəsinin 4-cü hissəsinin “a” bəndi ilə aparılır. Sözügedən ittihamlar 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →