—

Tbilisidə və regionlarda silah-sursatın qanunsuz saxlanılmasına görə 7 nəfər saxlanılıb

322
Tbilisidə və regionlarda silah-sursatın qanunsuz saxlanılmasına görə 7 nəfər saxlanılıb
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin (DİN) Tbilisi, Mərkəzi Kriminal Polis, Patrul Polis, Acarıstan, İmereti və Sameqrelo–Yuxarı Svaneti polis departamentlərinin əməkdaşları müxtəlif vaxtlarda keçirdikləri əməliyyat tədbirləri…

Daxili İşlər Nazirliyinin (DİN) Tbilisi, Mərkəzi Kriminal Polis, Patrul Polis, Acarıstan, İmereti və Sameqrelo–Yuxarı Svaneti polis departamentlərinin əməkdaşları müxtəlif vaxtlarda keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tbilisidə və regionlarda qanunsuz odlu silah və sursat ələ keçirib, 7 nəfəri saxlayıblar.

IntetPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, saxlanılan şəxslər arasında əvvəllər məhkum olunmuş şəxslər də var. Onlar qanunsuz odlu silah və sursat əldə etməkdə, saxlamaqda və gəzdirməkdə ittiham olunurlar.

Aparılan şəxsi axtarışlar və evlərdə, həmçinin avtomobillərdə keçirilən yoxlamalar zamanı sübut kimi müxtəlif tipli odlu silahlar, o cümlədən tapançalar, revolverlər, əl qumbarası, patronlar və daraqlar müsadirə olunub.

Qanunvericiliyə görə, bu cinayətlərə görə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsi üzrə davam etdirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →