—

Kobaxidze: Gürcüstan-ABŞ strateji tərəfdaşlığının bərpasını istəyirik

454
Kobaxidze: Gürcüstan-ABŞ strateji tərəfdaşlığının bərpasını istəyirik
Dinləmək üçün basın

Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığın bərpasını istəyir.

Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığın bərpasını istəyir.

InterPress.ge xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, gürcü xalqına və dövlətinə qarşı düşmənçilik hərəkəti uğursuzluğa düçar olub. 

"Biz bəyan edirik ki, keçmiş Bayden administrasiyasının Trampın inauqurasiyasından az əvvəl ləğv etdiyi strateji tərəfdaşlığı yeniləmək istəyirik. Bu, bizim istəyimizdir. Qalanı isə Tramp administrasiyasının qərarından asılıdır. Hazırda gözləmə mövqeyindəyik və bu əlaqələrə tamamilə açığıq. ABŞ tərəfinin mövqeyini gözləyəcəyik və müzakirələr də həmin mövqe əsasında aparılacaq. Biz ABŞ ilə strateji tərəfdaşlığın bərpasına tam hazırıq", - Kobaxidze vurğulayıb.

Qeyd edək ki, Demokrat konqresmen Stiv Koen Helsinki Komissiyasında çıxışı zamanı bildirib: "Təəssüf ki, Senat "Dostluq Aktı"nı qəbul etmədi və qəbul etməyəcək. Burada müəyyən problemlər var idi və ola bilsin ki, bu, limanla bağlı böyük bir bizneslə əlaqədar idi".

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →