—

İrakli Kobaxidze: Kimin ölkəmizə xaos gətirmək istədiyini müəyyən etməliyik

342
İrakli Kobaxidze: Kimin ölkəmizə xaos gətirmək istədiyini müəyyən etməliyik
Dinləmək üçün basın

" Konkret bir şübhəlinin, işin fiqurunun Ukrayna xüsusi xidmət orqanlarından danışması özlüyündə ağır faktdır. Bu, Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi maraq göstərməli olduğu və təbii ki, maraqlanacağı məsələdir".

"Konkret bir şübhəlinin, işin fiqurunun Ukrayna xüsusi xidmət orqanlarından danışması özlüyündə ağır faktdır. Bu, Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi maraq göstərməli olduğu və təbii ki, maraqlanacağı məsələdir".

InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın baş naziri İrakli Kobaxidze məlumat verib.

Kobaxidzenin sözlərinə görə, kimin Gürcüstana xaos gətirmək və ölkəyə zərər vermək istədiyi müəyyən edilməlidir.

O ki qaldı ölkədə cərəyan edən daxili siyasi hadisələrlə, o cümlədən elan edilən devrilmə və sairlə mümkün əlaqəyə, görürsünüz ki, müxalifət tamamilə çıxılmaz vəziyyətdədir, zəifləyib və əsas səbəb də budur. Belə məqamlarda istənilən növ təxribat törədilə bilər. Ona görə də bütün qurumlar, xüsusən də Dövlət Təhlükəsizlik Xidməti xüsusi diqqət yetirməlidir. Əminəm ki, təhlükəsizlik xidməti bu işi sona qədər izləyəcək, hər hansı belə fakt tam araşdırılmalı və biz müəyyən etməliyik ki, kim ölkəmizə iğtişaşlar salmaq istəyir, kim ölkəyə zərər vurmaq istəyir. Biz belə şeyə yol verməyəcəyik, ona görə də hər şeyə cavabımız mümkün qədər sərt olacaq”, - deyə İrakli Kobaxidze bildirib.

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bu gün Ukraynadan Gürcüstana gətirilən partlayıcılarla bağlı yeni təfərrüatlar barədə açıqlama verib. Xüsusilə, DTX-nin qeyd etdiyi kimi, əməliyyat materiallarına əsasən, Ukraynadan gətirilən partlayıcı maddələrin son ünvanı Tbilisinin Avlabari ərazisində yerləşən yaşayış binasıdır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →