—

Baş nazir: ABŞ ilə strateji tərəfdaşlığı yeniləməyə hazırıq

246
 Baş nazir: ABŞ ilə strateji tərəfdaşlığı yeniləməyə hazırıq
Dinləmək üçün basın

ABŞ ilə strateji tərəfdaşlığı səmimi şəkildə yeniləməyə hazırıq.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "İmedi" telekanalında çıxışında deyib.

Baş nazir bildirib ki, Tbilisi Vaşinqtonla strateji tərəfdaşlığı "təmiz səhifə"dən başlamağa və konkret yol xəritəsi ilə yenidən qurmağa hazırdır.

"Bizim təklifimizlə bağlı ABŞ-nin rəsmi mövqeyinə ehtiyacımız var. İstənilən məsələnin müzakirəsinə hazırıq. ABŞ ilə strateji tərəfdaşlığı səmimi şəkildə, konkret yol xəritəsi ilə yeniləməyə hazırıq. Amma hələlik Vaşinqtondan susqunluq müşahidə olunur", - Kobaxidze deyib.

Baş nazir qeyd edib ki, Gürcüstan-ABŞ münasibətlərinin gələcəyi ABŞ daxilində siyasi mübarizənin nəticəsindən asılı olacaq:

"ABŞ-dən rəsmi mövqe gözləyirik, Gürcüstana səfirin təyin olunmasını da səbirlə gözləyəcəyik. Münasibətlərin yenidən qurulması Tramp administrasiyası ilə "dərin dövlət"" arasında gedən mübarizədə kimin qalib gələcəyindən asılı olacaq. Görək bu mübarizə necə bitəcək".

Kobaxidze həmçinin ABŞ Konqresində müzakirəyə çıxarılan "Dost aktı"nın qəbulunun dayandırılmasını müsbət qiymətləndirib:

"Bu aktın qəbulunun dayandırılması göstərir ki, "dərin dövlət" öz məqsədinə nail ola bilmədi. Bizim üçün əsas məsələ münasibətlərin real tərəfdaşlıq əsasında bərpa olunmasıdır".

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →