—

Prokurorluq iki şəxsə qarşı saxta pul dövriyyəsi ittihamı irəli sürüb

272
Prokurorluq iki şəxsə qarşı saxta pul dövriyyəsi ittihamı irəli sürüb
Dinləmək üçün basın

Marneuli rayonunun Lejbəddin kəndində yerləşən iki valyutadəyişmə məntəqəsində əvvəlcədən razılaşdırılmış şəkildə külli miqdarda saxta pul dövriyyəyə buraxmaqda şübhəli bilinən iki xarici ölkə vətəndaşına qarşı rəsmi…

Marneuli rayonunun Lejbəddin kəndində yerləşən iki valyutadəyişmə məntəqəsində əvvəlcədən razılaşdırılmış şəkildə külli miqdarda saxta pul dövriyyəyə buraxmaqda şübhəli bilinən iki xarici ölkə vətəndaşına qarşı rəsmi ittiham irəli sürülüb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.

Prokurorluğun açıqlamasında bildirilir ki, Gürcüstan Daxili İşlər Nazirliyi və Maliyyə Nazirliyinin İstintaq Xidmətinin apardığı araşdırma nəticəsində, şübhəlilərin ümumilikdə 7 ədəd 500 avroluq saxta əskinası dövriyyəyə buraxdığı müəyyən edilib. Bu saxta əskinaslarla həyata keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 10 765 lari maddi zərər vurulub.

Şübhəlilər 6 sentyabr 2025-ci il tarixində saxlanılıb və onlara qarşı Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsinin ikinci hissəsinin “a” və “g” bəndləri (saxta valyutanın saxlamaq məqsədi ilə əldə edilməsi və dövriyyəyə buraxılması, qabaqcadan razılaşdırılmış qrup tərəfindən və külli miqdarda) ilə ittiham irəli sürülüb. Həmin maddə üzrə cəza olaraq 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Prokurorluğun təqdimatı əsasında, məhkəmə tərəfindən hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bildirilib ki, məsələnin təfsilatı və eyni şübhəlilərin digər oxşar cinayətlərdə iştirak edib-etmədikləri ilə bağlı istintaq davam edir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →