—

Silah və sursatın qanunsuz saxlanılmasına görə bir nəfər saxlanılıb

324
Silah və sursatın qanunsuz saxlanılmasına görə bir nəfər saxlanılıb
Dinləmək üçün basın

Qaxeti polis departamentinin əməkdaşları keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində odlu silah və sursatın qanunsuz əldə edilməsi və saxlanılması faktı üzrə 1972-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş…

Qaxeti polis departamentinin əməkdaşları keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində odlu silah və sursatın qanunsuz əldə edilməsi və saxlanılması faktı üzrə 1972-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş R.S.-i saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Qvareli bələdiyyəsində yerləşən evində aparılan axtarış zamanı maddi sübut kimi müxtəlif silah və sursat götürülüb. Onların arasında:

iki avtomat silah,

ov tüfəngləri,

şüşxana,

107 patron,

7 daraq,

səsboğucu,

avtomat üçün nəzərdə tutulmuş müxtəlif metal hissələr olub.

Bundan əlavə, şüşə qabda saxlanılan, tərkibində narkotik maddə olduğu ehtimal edilən bitki ekstraktı da aşkarlanaraq götürülüb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsi ilə aparılır. Bu maddə 6 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →