—

Mamuка Xazaradze: “Əfv tamamilə gözlənilməz idi, bu çox çirkin addımdır”

379
Mamuка Xazaradze: “Əfv tamamilə gözlənilməz idi, bu çox çirkin addımdır”
Dinləmək üçün basın

“Güclü Gürcüstan – Lelo” partiyasının liderlərindən biri, Mamuka Xazaradze, bir qədər əvvəl cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldıqdan sonra, əfv qərarını “məkrli və çirkin addım” adlandırıb.

“Güclü Gürcüstan – Lelo” partiyasının liderlərindən biri, Mamuka Xazaradze, bir qədər əvvəl cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldıqdan sonra, əfv qərarını “məkrli və çirkin addım” adlandırıb.

InterPress.ge xəbər verir ki, jurnalistlərə açıqlamasında Xazaradze bildirib ki, onun üçün bu əfv tamamilə gözlənilməz olub.

“Əvvəlcə hər kəsə təşəkkür etmək istəyirəm – həm tanışlara, həm də xüsusilə tanımadığım insanlara ki, bu müddət ərzində bizə dəstək olur, ruhlandırırdılar. Mediyaya da  dəstəyinı görə, təşəkkürümü bildirirəm. Bugünkü qərar tamamilə gözlənilməz idi. Mən və Badri Caparidze bu addımı şüurlu şəkildə atdıq, çünki ölkədə yaranmış vəziyyətlə razı deyilik – bu, qeyri-legitim parlamentdir, ələ keçirilmiş parlamentdir, ələ keçirilmiş prezident kreslosudur. Bugün bizi əfv etməklə azadlığa buraxsa da, mənim minnətdarlıq hissim olsa belə, bu, məkrli və çox çirkin addımdır, çünki bizim silahdaşlarımız eyni maddə ilə, eyni “cinayətə” görə hələ də həbsdədirlər,” – deyə Mamuka Xazaradze qeyd edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →