—

Rusiya Prezidenti: Ukraynada əcnəbi hərbçilər qanuni hədəfimiz olacaq

1,481
Rusiya Prezidenti: Ukraynada əcnəbi hərbçilər qanuni hədəfimiz olacaq
Dinləmək üçün basın

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, döyüş əməliyyatlarının davam etdiyi şəraitdə Ukrayna ərazisində xarici kontingentlərin yerləşdirilməsi Rusiya silahlı qüvvələri üçün qanuni hədəf kimi qiymətləndiriləcək.

InterPress.ge xəbər verir ki, o, bunu X Şərq İqtisadi Forumunun plenar iclasında deyib.

"Döyüş əməliyyatları zamanı orada əcnəbi qoşunlar yerləşdiriləcəksə, onları qanuni hədəflər hesab edəcəyik", - Rusiya lideri vurğulayıb.

V.Putin eyni zamanda qeyd edib ki, uzunmüddətli sülhə aparan qərarlar əldə ediləcəyi təqdirdə, xarici qoşunların Ukrayna ərazisində olmasına ehtiyac qalmayacaq: "Əgər bu razılaşmalar əldə edilərsə, ona əməl edəcəyik. Təhlükəsizlik zəmanətlərinə hörmət edəcəyik".

Rusiya Prezidenti, həmçinin vurğulayıb ki, bu mövzuda ciddi danışıqlar hələ aparılmır və qeyd edib ki, Avropadakı "istəklilər koalisiyası"nın dünənki məsləhətləşmələrindən sonra ABŞ Prezidenti Donald Trampla hələ danışmayıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →