—

Zelenski Trampla Rusiyaya təzyiqləri artırmağı müzakirə edib

399
Zelenski Trampla Rusiyaya təzyiqləri artırmağı müzakirə edib
Dinləmək üçün basın

Avropa liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Rusiyanı müharibəni dayandırmağa məcbur etmək üçün ona qarşı təzyiqlərin artırılması məsələsini müzakirə ediblər.

InterPress.ge "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna lideri Parisdə Fransa Prezidenti Emmanuel Makronla birgə mətbuat konfransı zamanı deyib.

"Bu gün biz Prezident Trampla danışdıq, ona verdiyi dəstəyə görə təşəkkür edirik. Vəziyyəti sülhə doğru necə çevirmək barədə uzun və ətraflı söhbətimiz oldu. Müxtəlif variantları müzakirə etdik, amma ən əsası təzyiqdir, iqtisadi tədbirlər də daxil olmaqla, güclü tədbirlərlə müharibəni dayandırmağa məcbur etmək üçün atılacaq addımlardır. Sülhün açarı Rusiya maşınını, rus döyüş maşınının puldan, resurslardan məhrum etməkdir", - Zelenski vurğulayıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →