—

DTX rəhbərinə yeni müavinlər təyin olunub

451
DTX rəhbərinə yeni müavinlər təyin olunub
Dinləmək üçün basın

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yeni rəhbəri Mamuka Mdinaradzenin müavinləri təyin olunub.

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yeni rəhbəri Mamuka Mdinaradzenin müavinləri təyin olunub.

InterPress.ge xəbər verir ki, bu barədə qurumun özü məlumat yayıb.

Qurumun məlumatına görə, DTX rəhbərinin birinci müavini vəzifəsinə ədliyyə nazirinin birinci müavini Laşa Mağradze gətirilib.

Bundan əlavə, DTX rəhbərinin müavinləri postuna ədliyyə nazirinin müavini Aleksandre Maisuradze, Kvemo Kartli bölgəsində dövlətin səlahiyyətli nümayəndəsi Levan Xarabadze və DTX-nin Dövlət Təhlükəsizliyi Departamentinin direktoru Tamaz Boraşvili təyin ediliblər.

Qeyd edək ki, Mamuka Mdinaradze ötən gün parlamentin qərarı ilə Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə seçilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →