—

Rustaveli prospektində davam edən etiraz aksiyası zamanı polis 16 nəfəri inzibati qaydada saxlayıb

361
  Rustaveli prospektində davam edən etiraz aksiyası zamanı polis 16 nəfəri inzibati qaydada saxlayıb
Dinləmək üçün basın

Rustaveli prospektində keçirilən aksiyada polis 16 nəfəri inzibati qaydada saxlayıb.

 Rustaveli prospektində keçirilən aksiyada polis 16 nəfəri inzibati qaydada saxlayıb.

InterPress.ge xəbər verir ki, bu, Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Daxili İşlər Nazirliyi aksiya iştirakçılarını yolun hərəkət hissəsində toplaşmaq cəhdlərini dayandırmağa və qanunla müəyyən edilmiş həddə etirazlarını bildirməyə çağırır.

"Rustaveli prospektində davam edən nümayişlə əlaqədar ictimai asayişin qorunması üçün Daxili İşlər Nazirliyinin nümayəndələri səfərbər olunub. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən aksiya iştirakçılarına nəqliyyatın hərəkətini pozmamaq barədə dəfələrlə çağırışlarına baxmayaraq, onlar polisin qanuni tələbinə tabe olmayıblar. Yuxarıda qeyd olunanlara əsasən, Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən 16 nəfər inzibati qaydada saxlanılıb. Nümayiş iştirakçılarını yolun hərəkət hissəsində toplaşmaq cəhdini dayandırmağa və qanunla müəyyən edilmiş həddə öz etirazlarını bildirməyə çağırırıq”, - deyə Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →