—

Azərbaycan Prezidenti: “Biz zəfər çalacağıq”

1,231
Azərbaycan Prezidenti: “Biz zəfər çalacağıq”
Dinləmək üçün basın

“Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var? Ermənistan ordusunun bizim torpağımızda nə işi var?”

“Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var? Ermənistan ordusunun bizim torpağımızda nə işi var?”

InterPress.ge xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cəbhədə yaranan gərgin vəziyyətlə əlaqədar xalqa müraciət edərkən deyib.

Prezidentin sözlərinə görə, "heç kəs üçün sirr deyil ki, dırnaqarası Dağlıq Qarabağ ordusunun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir".

Ali Baş Komandan Azərbaycan Ordusunun zəfər çalacağını da vurğulayıb.

“Ermənistan işğalçı dövlətdir. Bu işğala son qoyulmalıdır və qoyulacaq. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”, - deyə İlham Əliyev bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →