—

Polis Batumidə qrup zorakılığı ilə bağlı 4 nəfəri saxlayıb

435
Polis Batumidə qrup zorakılığı ilə bağlı 4 nəfəri saxlayıb
Dinləmək üçün basın

Batumidə baş vermiş qrup zorakılığı ilə bağlı polis dörd nəfəri saxlayıb.

Batumidə baş vermiş qrup zorakılığı ilə bağlı polis dörd nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi bildirib.

Məlumata görə, həyata keçirilən kompleks əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin Acarıstan Polis İdarəsinin Batumi şəhər bölməsinin əməkdaşları 2008-ci il təvəllüdlü N.V., 2011-ci il təvəllüdlü U.Ç., 2009-cu il təvəllüdlü S.K. və 2008-ci il təvəllüdlü D.Q.-ni iki şəxsə qarşı zorakılıq ittihamı ilə saxlayıblar.

Cinayət 2 ilə qədər həbslə cəzalandırılır.

“İstintaq müəyyən edib ki, bu il avqustun 28-də müttəhimlər Batumidə qrup halında iki şəxsə qarşı fiziki zorakılıq ediblər, bundan sonra onlar hadisə yerindən qaçıblar.

İş üzrə həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətdə iştirak edən 4 nəfəri təqsirləndirilən şəxs qismində tutublar.

Faktla bağlı müvafiq prosessual və istintaq hərəkətləri davam etdirilir.

Hadisə Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin 1-ci hissəsi ilə araşdırılır", - məlumatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →