—

Qardabanidə öz həyat yoldaşının intim görüntülərini yayan şəxs saxlanıldı

419
Qardabanidə öz həyat yoldaşının intim görüntülərini yayan şəxs saxlanıldı
Dinləmək üçün basın

Gürcüstan Prokurorluğunun əməkdaşları Kvemo Kartli bölgəsində şəxsi həyata dair məlumatların qanunsuz yayılması faktı üzrə bir nəfəri saxlayıblar.

Gürcüstan Prokurorluğunun əməkdaşları Kvemo Kartli bölgəsində şəxsi həyata dair məlumatların qanunsuz yayılması faktı üzrə bir nəfəri saxlayıblar.

Prokurorluğun məlumatına görə, Kvemo Kartli dairə prokurorluğunun istintaq idarəsi tərəfindən aparılan araşdırma nəticəsində müəyyən olunub ki, bu ilin avqust ayının əvvəlində Qardabanidə yaşayan xarici ölkə vətəndaşı öz həyat yoldaşının intim xarakterli fotoşəkillərini qanunsuz şəkildə yayıb.

Şübhəli şəxs avqustun 24-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 157-prim maddəsinin ikinci hissəsi (şəxsi həyata dair məlumatların qanunsuz yayılması) ilə ittiham irəli sürülüb. Bu maddə 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Prokurorluq yaxın günlərdə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb edəcək. Qurumun açıqlamasında vurğulanır ki, analoji cinayətləri törədən şəxslərə qarşı sərt cinayət siyasəti bundan sonra da davam etdiriləcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →